• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

Türkiyə üçün QORXUNC XƏBƏRDARLIQ: “Cəsədləri qoyacaq yerimiz yoxdur”

  • Region
  • 22 İyul 2018 04:30
  • 1 802 Baxış
Türkiyə üçün QORXUNC XƏBƏRDARLIQ: “Cəsədləri qoyacaq yerimiz yoxdur”

“Çox ölümlə nəticələnən təbii fəlakətlərə hazır deyilik. Cəsədləri qoyacaq yerimiz yoxdur”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, belə xəbərdarlıqla Avropa Cənazə Xidmətləri Federasiyasının üzvü Murat Arslanoğlu bildirib.

Türkiyəni yasa boğan 17 avqust 1999-cu il Mərmərə zəlzələsini xatırladan Arslanoğlu həmin vaxt 20 min insanın həyatını itirdiyini deyib. O, Anadolu torpaqlarında dağıdıcı zəlzələlərin dəfələrlə baş verdiyini xatırladıb.

“Təbii fəlakətlər baxımından Türkiyədə riskli bir bölgədə yerləşir. Fəlakətlər və onların nəticələri ilə əlaqədar bir çox araşdırmanın aparılmasına baxmayaraq, cəsədlərin yerləşdirilməsi ilə əlaqədar az qala heç bir iş görülməyib. Çox ölümlə nəticələnən təbii fəlakətlərə hazır deyilik. Cəsədləri qoyacaq yerimiz yoxdur”, - o söyləyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR