• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

İran intiqam andı içdi

  • Region
  • 23 İyul 2018 05:03
  • 914 Baxış
İran intiqam andı içdi

PKK terror təşkilatının İran qolu olan PJAK-ın təşkil etdiyi hücumda 11 əsgərini itirən İran intiqam alacağını açıqlayıb.

Publika.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Ramazan Şərif hücuma görə xarici kəşfiyyat orqanlarını günahlandırıb.

“Xarici kəşfiyyat təşkilatlarını ağır intiqam alacağımız barədə xəbərdar edirik. Bu təşkilatlar terror qruplaşmalarını dəstəkləməkdən imtina etməsə, İranın təhlükəsizlik güclərinin ağır dəmir yumruğu ilə qarşı-qarşıya qalacaq və birbaşa əvəz ödəmək məcburiyyətində qalacaqlar”, - iranlı general deyib.

Qeyd edək ki, dünən SEPAH-ın İranın qərbində yerləşən Merivan şəhərinin yaxınlığındakı quru qoşunlarının qarovul postuna hücum olub. Hücum nəticəsində 11 hərbçi həlak olub, 8-i yaralanıb. SEPAH hücum edənlərdən bir neçəsini zərərsizləşdirməyə nail olub.

PJAK hücuma görə məsuliyyəti üzərinə götürüb. Təşkilatın yaydığı bəyanata görə, İran əsgərlərinə hücum İran kəşfiyyatının 3 gün əvvəl İraqın Süleymaniyə şəhərinin Pencevin qəsəbəsində 3 PJAK üzvünün öldürülməsi ilə nəticələnən hücumuna cavabdır.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR