İranlı nazirdən Trampa “diqqətli ol!" XƏBƏRDARLIĞI
Bizi izləyin

Region

İranlı nazirdən Trampa “diqqətli ol!" XƏBƏRDARLIĞI

İran və ABŞ arasında qarşılıqlı ittihamlar və təhdidlər davam edir.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampıın son açıqlamalarına “təsirlənmədik, diqqətli ol” şəklində cavab verib.

“Dünya bir neçə ay əvvəl daha sərt təhdidlərə şahid oldu. İranlılar 40 ildir ki, “daha mədəni olanlardan” bu təhdidləri eşidir. Biz minlərlə ildir ki, varıq və bəzi ölkələrin ömründən daha çox həyatda qalan öz imperatorluğumuz da daxil olmaqla, bir çox imperatorluğun çöküşünü gördük. Diqqətli ol!”, - İranın xaici siyasət idarəsinin başçısı deyib.

Xatırladaq ki, bundan əvvəl İran prezidenti Həsən Ruhani Amerika liderini atəşlə oynamamağa çağırıb. O vurğulayıb ki, Tehran heç kimlə vuruşmur, amma İranın gücü zəhmlidir.

ABŞ prezidenti isə Tvitter hesabında bildirib ki, İran ABŞ-ı hədələməyə davam edərsə, bunun nəticələrindən əziyyət çəkəcək.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun sözlərinə görə, Tramp onunla söhbətində İranın ağır əvəz ödəyəcəyini bildirib.

“Mən ötən həftə prezidentlə söhbət etdim. Prezident Tramp mənə dedi ki, əgər İran nəsə yanlışlığa yol versə, Yer kürəsinin yalnız bir neçə ölkəsinin ödədiyi əvəzi ödəyəcək”, - Ağ Evin mətbuat xidməti Boltonun sözlərini sitat gətirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm