Türkiyə İranla bağlı ABŞ-a şərt qoydu - "İqtisadi itkini qarşılayacaqsız"
Bizi izləyin

Region

Türkiyə İranla bağlı ABŞ-a şərt qoydu - "İqtisadi itkini qarşılayacaqsız"

Türkiyə yaxın günlərdə İrana qarşı müəyyən sanksiyaların tətbiq edilib-edilməyəcəyinə qərar verəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq bununla bağlı hakim dairələrdə müzakirələr aparılır. ABŞ-ın daha əvvəl İrana qarşı tətbiq etdiyi sanksiyaların Almaniya və Fransa tərəfindən pozulması, bütün neqativlərin Türkiyəyə gəlməsinə səbəb olmuşdu. ABŞ-ın sabiq prezidenti Barak Obamanın İranla imzaldağı sazişdən sonra isə Türkiyə qızıl ticarəti ilə də vəziyyəti neytrallaşdıra bilməmişdi.

Proseslə bağlı Türkiyə nəşrlərində dərc edilən məqalədə xüsusi olaraq ABŞ tərəfinin bu istiqamətlərdə Türkiyənin maraqlarına laqeyd qaldığı vurğulanıb:

"ABŞ İrana qarşı tətbiq edilən sanksiyalarda yalnız öz maraqlarını güdür. Türkiyənin iqtisadi maraqlarını nəzərə almayan Vaşinqton, eyni zamanda da Ankaranın təyin edilən qaydalara birəbir əməl etməsini gözləyir".

Məqalədə iki ölkə arasındakı (Türkiyə-ABŞ) münasibətlərin tamamilə pozulma riski də önə çəkilib. Rəsmi Vaşinqtonun Türkiyə ilə əlaqələri qorumaq və Ankaranın qaydalara riayət etməsini istəyirsə, Türkiyə ilə daha geniş strateji müttəfiqlik haqqında düşünməli olduğu bildirilib:

"ABŞ Türkiyəni öz iqtisadi maraqlarına uyğun addım atmağa məcbur edə bilməz. Vaşinqton Türkiyə tərəfinin sanksiyalara əməl etməsini istəyirsə, bunun bir çıxış yolu var. Hər iki tərəfin siyasətçiləri masa ətrafında bir araya gəlib daha geniş strategiya haqqında razılıq əldə etməlidir. Bunu vacib qılan bir çox səbəb var ki, onlardan birincisi hər iki ölkənin Suriyadakı hədəfləri və mövqeyidir. PKK-nın Suriya filialı barədə fikir ayrılığı qəbuledilməzdir. Üstəlik, Fətullah Gülən və FETÖ-nün ABŞ-a qaçan nümayəndələri Türkiyəyə ekstradisiya edilməlidir. Digər tərəfdən isə rəsmi Vaşinqton Türkiyənin İrana sanksiya tətbiq edəcəyi təqdirdə yaşana biləcək bütün iqtisadi risklərini qarşılamağı öz öhtəsinə götürməlidir. Çünki, İrana sanksiya tətbiq ediləcəyi təqdirdə Türkiyənin qaza olan tələbatının ödənilməsi məsələsi həll olunmadan qala bilməz. Türkiyənin qaz tədarükü məsələsi mütləq şəkildə həll edilməlidir".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm