Adnan Oktarın 15 iyul hadisələri ilə bağlı ifadəsi medianı silkələdi: "İndi onu asarlar"
Bizi izləyin

Region

Adnan Oktarın 15 iyul hadisələri ilə bağlı ifadəsi medianı silkələdi: "İndi onu asarlar"

Türkiyənin "Hürriyyət"qəzetinin yazarlarından biri Əbdülqadir Selvi Adnan Oktarın polis sorğusundakı ifadəsinin detallarını açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, "cinayət təşkilatı qurmaq" , "cinsi təcavüz", "ölkədə sabitliyin pozulması" və digər istiqamətlərdə cinayət əməllərini törətməkdə ittiham edilərək həbs edilən "A9" kanalının sahibi Adnan Oktar ifadəsində 15 iyul hadisələri zamanı "Tayyibi indi asarlar" deyə fikir səsləndirdiyini bildirib.

"15 iyul hadisələrindən bir gün öncə Adnan Oktar öz tərəfdarlarına küçələrə çıxın və Türk bayrağı ilə şəkillər çəkdirib sosial media üzərindən paylaşın deyib. Lakin həmin gecə "Tayyibi indi asarlar" deyə bir ifadə işlətdiyi xatırladılıb".

Yazarın məqaləsində Adnan Oktarın 3 nəfərlik kameralı hücrəyə köçürüldüyü bildirilib:

"Yüzlərlə kvadratmetrlik lüks malikanələrdə, villalarda yaşayan Adnan Oktarı ümumi sahəsi 50 kvadrat metr olan həbsxana otağına salıblar. Həbsxanada ilk istəyi isə hər gün dərc edilən qəzet və jurnallar olub".

Xatırladaq ki, Adnan Oktarın ifadəsində bikininin hicabdan daha məqbul hesab edildiyini və Qurani- Kərimdə şərabdan başqa, bütün içkilərin halal göstərildiyini deməsi Türkiyədə geniş rezonans doğurmuşdu.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm