Ərdoğanla Putin nələri müzakirə edəcək?
Bizi izləyin

Region

Ərdoğanla Putin nələri müzakirə edəcək?

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Cənubi Afrikada keçiriləcək BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşündən danışıb.

Publika.a
z xəbər verir ki, Ərdoğan Putinlə Suriya məsələsini müzakirə edəcəklərini bildirib.

“Görüşlərimiz hələ ki istədiyimiz səviyyədə inkişaf etmir. İstənilən məsələ Afrin və Cerablusdur. Görüşümüzdə bu məsələləri A-dan Z-yə qədər müzakirə edəcəyik. Bəzi görüşmələrdə Tel-Rıfat və Dara məsələsini də müzakirə etdik. Ən problemli məsələlərdən biri budur. İdlib məsələsini də yenidən müzakirə edəcəyik. Buralarda hər an hər şey ola bilər. Biz istəyirik ki, Suriya xalqı amansız hücumlardan qoruna bilsin”, - deyə Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, iyulun 25-27-də Cənubi Afrikada BRİKS-in sammiti keçiriləcək. Türkiyə prezidenti sammitdə xüsusi qonaq kimi iştirak edəcək. Sammit çərçivəsində Rusiya və Türkiyə liderlərinin görüşü gözlənilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm