• USD 1,7000 0,00% EUR 1,8853 +0,21%
    • GBP 2,2335 -0,09% RUB 0,0267 -0,37%

Pompeo və Çavuşoğlu arasında telefon danışığı oldu

Pompeo və Çavuşoğlu arasında telefon danışığı oldu

ABŞ-ın prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin Türkiyə ilə bağlı təhdid xarakterli bəyanatlarından dərhal sonra iki ölkənin xarici siyasət idarələrinin başçıları – Mayk Pompeo və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumatı yayıb.

Telefon söhbətinin detalları açıqlanmasa da, tərəflərin amerikalı rahib Andrey Kreyk Brunsonla bağlı danışdığı təxmin edilir.

Qeyd edək ki, Donald Tramp və Mayk Pens bir-birinin ardınca Türkiyə ilə bağlı təhdid xarakterli bəyanatlar verib.

Pens amerikalı rahib Andrey Kreyk Brunsonun tamamilə azad edilməyəcəyi halda, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacağını bildirib.

Analoji bəyanatla daha sonra ABŞ prezidenti çıxış edib.

Çavuşoğlu isə bildirib ki, Türkiyəyə kimsə əmr verə bilməz.

“Hüquq qaydaları hər kəs üçün keçərlidir”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı vurğulayıb

Xatırladaq ki, Türkiyə FETÖ və PKK terrorçuları ilə əlaqədə ittiham edilərək saxlanılan amerikalı rahib Andrey Kreyk Brunsonu azad edib. İyulun 26-da İzmir 2-ci Ağır Cəza Məhkəməsi 35 il həbsi istənilən rahibin ev həbsinə qərar verib.

Eyni zamanda onun ölkə xaricinə çıxması qadağan edilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR