Türkiyə ABŞ-a qarşı HƏRƏKƏTƏ KEÇMƏLİ VƏ... - “Dərin dövləti”n adamından Trampa TƏRS ŞİLLƏ
Bizi izləyin

Region

Türkiyə ABŞ-a qarşı HƏRƏKƏTƏ KEÇMƏLİ VƏ... - “Dərin dövləti”n adamından Trampa TƏRS ŞİLLƏ

Bu təhdid ABŞ-Türkiyə cəbhələşməsinin bir nəticəsidir. Türkiyə keşişin başına tac da taxsa, bu proses davam edəcək.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının başqanı Doğu Perinçək Trampın keşiş Endryu Bransonun sərbəst buraxılmaması ilə bağlı təhdidinə münasibət bildirərkən deyib.

"ABŞ PKK-ya açıq şəkildə silah verir, FETÖ-nu dəstəkləyir, Türkiyə də Rusiya, Çin, İran, İraqla ittifaq yaradır. Böyük Britaniya, Almaniya və Fransa da buna dəstək verir. Türkiyə bu təhdidlər qarşılığında sürətli bir şəkildə İncirilik bazasını ABŞ-ın istifadəsinə bağlamaq məcburiyyətindədir. Digər bazalarla bağlı da eyni tədbirlər görülməlidir. Trampın təhdidinə ən təsirli cavablardan biri də Suriyada verilməlidir. Türkiyə dərhal Suriya ilə əməkdaşlığa getməlidir", - Perinçək qeyd edib.

Qeyd edək ki, Tramp keşiş Bransonun tamamilə azad olunmayacağı təqdirdə Türkiyəyə sanksiya tətbiq ediləcəyini açıqlayıb.

Xatırladaq ki, Doğu Perinçəkin Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm