• USD 1,7000 0,00% EUR 1,8853 +0,21%
    • GBP 2,2335 -0,09% RUB 0,0267 -0,37%

Koçaryan məhkəmə qarşısında: “Qarabağ məsələsi həll olunub, ya...”

  • Region
  • 27 İyul 2018 12:04
  • 977 Baxış
Koçaryan məhkəmə qarşısında: “Qarabağ məsələsi həll olunub, ya...”

İrəvanın Şenqavit rayon məhkəməsi keçmiş prezidenti Robert Koçaryan haqqında həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Xüsusi İstintaq Komitəsinin təqdimatına baxır.

Publika.az
“news.am”-a xəbər verir ki, Koçaryanın özünün məhkəmə zalında olduğu ehtimal olunur.

Məhkəmənin ətrafında Koçaryanı müşaiyyət edən avtomobillər dayanıb.

Qeyd edək ki, iyulun 26-da R. Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.

Koçaryan özü dünən onun haqqında irəli sürülən ittihama münasibət bildirib.

“Bu ölkə üçün təhlükəli məqamdır. Bu, dövlət quruluşunun əsasları altına qoyulmuş bombadır. Konstitusiya məhkəməsinin qərarına yenidən baxması partlaması labüd olan bombadır. Burada ordu ittiham edilir. Ölkə müharibə vəziyətindədir, lakin bunların etdiyinə bir bax. Ordunun alçaldılması nəyə gətirib çıxaracaq. Qarabağ məsələsi həll edilib, yaxud cəbhədə sakitlikdir? Mən ali baş komandan olmuşam və burada ordu cinayətkar elan edilir”, - deyə Koçaryan bildirib.

Hazırda məhkəmə prosesi davam edir. Bəzi mənbələr Koçaryanın məhkəmə iştirak etmədiyini və onu vəkillərin təmsil etdiyini deyir, digər mənbələr isə keçmiş prezidentin məhkəmə zalına gətirildiyi haqda məlumatlar yayır.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR