Ankaradan ABŞ-a XƏBƏRDARLIQ: “Hələ gec deyil”
Bizi izləyin

Region

Ankaradan ABŞ-a XƏBƏRDARLIQ: “Hələ gec deyil”

ABŞ Ankaranın narahatlığına səbəb olan məsələlərə anlayışla yanaşarsa, Türkiyəylə münasibətlərini xilas edə bilər.

Publika.az xəbər verir ki, bu haqda “Daily Sabah” qəzetində Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın yazıb.

“Münasibətləri xilas etmək və onları yeni səviyyəyə çıxarmaq olar. ABŞ administrasiyası bunun üçün təhlükəsizliyin təmin olunması planında Ankaranın narahatlığına səbəb olan məsələlərə anlayışla yanaşmalıdır. Türkiyə NATO üzrə müttəfiqin hərəkətlərinə məhəl qoymaya bilməz. Bu hərəkətlər həm ölkə daxilində, həm də xaricində Türkiyənin milli təhlükəsizliyini hədələyir. Türkiyənin ünvanına səsləndirilən təhdidlər işləməyəcək, yalnız ikitərəfli münasibətlərə zərər gətirəcək”, - Kalın qeyd edib.

Prezidentin sözçüsü həmçinin xatırlatdı ki, son illərdə Birləşmiş Ştatların hərəkətləri Türkiyəylə strateji münasibətlərə ciddi zərər verib.

Xatırladaq ki, iyulun 26-da ABŞ-ın prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin Türkiyə ilə bağlı təhdid xarakterli bəyanatlar səsləndirib. Donald Tramp və Mayk Pens bir-birinin ardınca bildiriblər ki, amerikalı rahib Andrey Kreyk Brunson tamamilə azad edilməyəcəyi halda, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cavabında bildirib ki, Türkiyəyə kimsə əmr verə bilməz. Həmçinin Türkiyə parlamentinin sədri Binəli Yıldırım qeyd edib ki, Türkiyədən təhdid dili ilə nəsə tələb etmək mümkün deyil.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm