İran: ABŞ-la Avropa arasındakı ayrılıqdan istifadə edilməlidir
Bizi izləyin

Region

İran: ABŞ-la Avropa arasındakı ayrılıqdan istifadə edilməlidir

İranın xarici işlər naziri Cavad Zərif ABŞ-la Avropa ölkələri arasında bir ayrılıq yarandığını və bundan istifadənin vacib olduğunu bildirib.

Publika.az xəbər verir ki, paytaxt Tehranda səfirlər və özəl sektor rəhbərlərinin bir araya gəldiyi toplantıda danışan Zərif bildirib ki, sanksiya aludəçisi olan ABŞ bunun heç kimə fayda verməyəcəyini başa düşəcək:

"ABŞ-la Avropa arasında bir ayrılıq yaratmaq kimi xam bir fikrə sahib deyiləm, amma bir ayrılıq var və bundan istifadə edilməlidir".

ABŞ-ın beynəlxalq aləmdə getdikcə yalnızlaşdığını deyən Zərif, ölkəsinə tətbiq etmək istənilən sanksiyaların Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 2231 saylı qərarına zidd olduğunu söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm