Dünyanın gözü orada idi – 5 gün sonra evdən çıxdı - - FOTO
Bizi izləyin

Region

Dünyanın gözü orada idi – 5 gün sonra evdən çıxdı - - FOTO

Türkiyədə ev həbsində saxlanılan amerikalı rahib Andrey Kreyk Brunsonun həyat yoldaşı ilk dəfə görünüb.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, 5 gündür əri ilə İzmir şəhərinin Alsancak rayonundakı evlərində qalan Norine Brunson bazar ayini üçün kilsəyə gedib.

O, İzmir Diriliş Kilsəsindən evinə dönərkən görüntülənib.

Xatırladaq ki, iyulun 25-də İzmir 2-ci Ağır Cəza Məhkəməsi FETÖ və PKK terror təşkilatları üçün casusluq etməkdə ittiham olunaraq 35 il həbsi istənilən amerikalı rahibim həbsxanadan buraxılması və ev həbsində saxlanılması barədə qərar çıxarıb. Eyni zamanda onun ölkə xaricinə çıxması qadağan edilib.

Bundan sonra ABŞ-ın prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin Türkiyə ilə bağlı təhdid xarakterli bəyanatlar səsləndirib. Donald Tramp və Mayk Pens bir-birinin ardınca bildiriblər ki, amerikalı rahib Andrey Kreyk Brunson tamamilə azad edilməyəcəyi halda, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq.

Ötən gün isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəyə yönəlik təhdidlərinə cavab verib. Afrika turnesindən qayıdan zaman jurnalistlərin suallarını cavablandıran prezident Türkiyənin geri addım atmayacağını bildirib.

O, amerikalı rahib Andrey Kreyk Brunsonla bağlı heç bir sövdələşmənin olmadığını deyib.

“Sanksiyalarla Türkiyəni geri addım atmağa məcbur edə bilməzsiniz. ABŞ-ın bu siyasəti dəyişməsə, Türkiyə kimi güclü və səmimi bir ortağını itirəcəyini unutmamalıdır”, - Ərdoğan bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm