MTŞ-dən ABŞ-a sərt mesaj çıxdı: “Bu, tamamilə yolverilməzdir”
Bizi izləyin

Region

MTŞ-dən ABŞ-a sərt mesaj çıxdı: “Bu, tamamilə yolverilməzdir”

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) toplantısı keçirilib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 5,5 saat davam edən toplantıdan sonra yazılı açıqlama verilib.

Açıqlamada Türkiyə və ABŞ arasındakı son münasibətlərə toxunulub. Qeyd edilib ki, Türkiyə Birləşmiş Ştatların təhdid dilini qəbul etmir.

“Rəsmi Vaşinqtonun bu cür davranışı ölkələr arasındakı müttəfiqlik münasibətlərinə uyğun deyil. ABŞ tərəfindən Türkiyənin ünvanına istifadə edilən təhdid dili hörmətsizlikdir və bu, tamamilə yolverilməzdir", - açıqlamada bildirilir.

FETÖ, PKK/PYD-YPG və İŞİD başda olmaqla, milli birliyi təhdid edən bütün terror təşkilatlarına qarşı mübarizənin ölkə daxilində və xaricində eyni əzm və qətiyyətlə davam ediləcəyi açıqlamada vurğulanıb.

Həmçinin Suriyada konkret addımlar atılacağı bildirilib. Egey və Şərqi Aralıq dənizləri ətrafında baş verən son proseslərin yaxından izlənildiyi qeyd olunan açıqlamada bildirilib ki, Türkiyənin dənizlərdəki haqq və mənafelərinin qorunmasında qətiyyət nümayiş etdiriləcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm