İran ABŞ-la danışıqlara qayıtmaq üçün 3 ŞƏRTİNİ AÇIQLADI
Bizi izləyin

Region

İran ABŞ-la danışıqlara qayıtmaq üçün 3 ŞƏRTİNİ AÇIQLADI

İran ABŞ-la danışıqlara qayıtmaq üçün şərtlərini açıqlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, İranın prezident administrasiyasının başçısının müavini Həmid Abutalebinin sözlərinə görə, İranla ABŞ-ın danışıqları Vaşinqtonun nüvə sazişinə qayıdışı şərti ilə mümkündür.

“Mədəni cəmiyyətlərdə mübahisələrin həlli metodu kimi dialoqa inananlar bunları yerinə yetirməlidir: İranın böyük millətinə hörmət, döyüş əməliyyatlarının ixtisarı, nüvə sazişinə qayıdış. Nüvə sazişinə qayıdış dialoq üçün məcburi şərtdir”, - Abutalebi tvitterdə yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp istənilən vaxt İran lideri Həsən Ruhani ilə şərtlərsiz görüşməyə hazır olduğunu deyib. Ağ Evin başçısı bu haqda jurnalistlər qarşısında çıxışında bildirib.

“Mən bu görüşə inanıram. Əgər onlar bunu istəyərlərsə, mən şübhəsiz ki, İran rəhbərliyi ilə görüşərdim. Görüşlərin səmərəliliyinə inanıram. Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşməyə hazıram. Heç bir ilkin şərt olmadan. Amma mən əmin deyiləm ki, onlar buna hazırdır. İndi onlarda vəziyyət mürəkkəbdir”, - ABŞ prezidenti vurğulayıb.

Xatırladaq ki, Tramp mayın 8-də Vaşinqton nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. Tramp həm İran, həm də İranla ticarət aparan başqa ölkələr barəsində sanksiyaların bərpa ediləcəyini açıqlayıb. Lakin sazişin Avropa üzrə iştirakçıları – Fransa, Almaniya və İngiltərə bildirdilər ki, İranla sazişin şərtlərinə əvvəlki kimi riayət etmək niyyətindədir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm