“Türkiyədə həmişə alternativ var” – Ankaradan ABŞ-a XƏBƏRDARLIQ
Bizi izləyin

Region

“Türkiyədə həmişə alternativ var” – Ankaradan ABŞ-a XƏBƏRDARLIQ

“ABŞ Türkiyədə davam edən məhkəmə işini bəhanə edərək (rahib Brunson - red.) ölkəmizlə təhdid dilində danışmağa çalışır. Bu, tamamilə qəbuledilməzdir”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.

Kalının sözlərinə görə, Türkiyə təhdid dili ilə danışılası ölkə deyil.

“Hər kəs bilməlidir ki, Türkiyədə həmişə alternativ var. İstər “F-35”, istərsə də başqa məsələlərdə”, - mətbuat katibi deyib.

O bildirib ki, Türkiyənin məhkəmə sisteminin işinə kənardan müdaxilə yolverilməzdir:

“Hər kəs Brunson işi üzrə məhkəmə prosesinə hörmətlə yanaşmalıdır”.

Dövlət başçısının mətbuat katibi həmçinin Suriyanın Münbiç bölgəsi ilə bağlı Türkiyə və ABŞ arasında razılaşdırılan “Yol xəritəsi”nin reallaşdırılmasına toxunub. O bildirib ki, Münbiç üzrə plan nəzərdə tutulduğu şəkildə həyata keçirilir.

Kalın qeyd edib ki, Türkiyə Ankara və Vaşinqton arasındakı münasibətlərdə yaranan gərginliyin Munbiç üzrə planın reallaşdırılmasında təsir edəcəyini gözləmir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm