Lavrov Türkiyəyə yollanır
Bizi izləyin

Region

Lavrov Türkiyəyə yollanır

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəli həmkarı ilə görüşəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, avqustun 13-14-də baş tutacaq səfər çərçivəsində Suriyadakı son vəziyyət müzakirə ediləcək.

Səfər barədə Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında açıqlama verib.

“Sergey Lavrov Türkiyə xarici işlər nazirinin fevral ayındakı dəvətinə əsasən avqustun 13-14-də bu ölkəyə səfər edəcək. Nazir Türkiyə səfirlərinin və beynəlxalq təşkilatlardakı daimi təmsilçilərin iştirak edəcəyi iclasa qatılacaq və çıxış edəcək”.

Zaxarova Lavrovun Çavuşoğlu ilə də bir görüş keçirəcəyini bildirib. Onun sözlərinə görə tərəflər, beynəlxalq gündəmdə olan məsələlər, Suriya, Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya, Ukrayna, Qaradənizdəki vəziyyəti müzakirə edəcək.

O, görüşdə Türkiyə-Rusiya iqtisadi və ticarət əlaqələrinin inkişafı kimi məsələlərin də müzakirə olunacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm