Tramp silahlı qruplaşmaları Türkiyənin üzərinə göndərdi – Qardaş ölkəyə MÜHARİBƏ ELANI
Bizi izləyin

Region

Tramp silahlı qruplaşmaları Türkiyənin üzərinə göndərdi – Qardaş ölkəyə MÜHARİBƏ ELANI

Suriyada Bəşər Əsəd rejimi ilə PYD/YPG terror təşkilatı Türkiyənin dəstəklədiyi müxaliflərin əlindəki İdlibə hücum etmək üçün hərəkətə keçib.

Publika.az
xəbər verir ki, İdlibə hücuma hazırlaşan Əsəd ordusu dünən Türkmandağına ordu yeridib. Hücum nəticəsində 25 nəfər həlak olub.

Burada diqqət çəkən məqam Türkiyə və ABŞ-ın PYD/YPG terror təşkilatının Menbiçdən çıxarılması ilə bağlı razılığından sonra terrorçuların Əsəd rejimi ilə yaxınlaşmasıdır.

Şamda bir araya gələn Əsəd rejimi ilə terrorçular birgə hərəkət etmək, xüsusilə Türkiyəyə qarşı birlikdə döyüşməklə bağlı razılıq əldə ediblər.

“Anadolu” agentliyinin Əsədin nəzarətindəki Hələbdə yerli mənbələrdən əldə etdiyi məlumata görə, Şam rejiminin ordusu ilə PYD/YPG terrorçuları Hələbin qərbinə və İdlibə hücum üçün birlikdə hərəkətə keçib.

Hücuma qoşulmaq üçün son iki həftədə Hələbə 1300 terrorçunun gətirildiyi deyilir. Plana görə, YPG terrorçuları İranın dəstəklədiyi qruplarla birləşib Hələbin qərbində müxaliflərin əlindəki Hayyan, Anadan, Hureytan, Ureyme, Maarat əl-Atik və Daret İzze bölgələrini almaq üçün Əsəd ordusu ilə birlikdə hərəkət edəcəklər.

Bu hücumla PYD/YPG terrorçuları Türkiyənin “Zeytun budağı” əməliyyatı ilə itirdikləri Afrin bölgəsinin sərhədində yenidən yerləşməyi planlaşdırırlar. Bu, gələcəkdə Afrinin yenidən ələ keçirilməsi planının bir hissəsidir.

İdlibə hücum əvvəldən planlaşdırılsa da, bunun ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi ərəfəsində həyata keçirilməsi də təsadüfi deyil. Görünən budur ki, ABŞ Türkiyəni iqtisadi sektorda diz çökdürmək istədiyi vaxt Pentaqonun dəstəklədiyi PYD/YPG terrorçuları da Əsədlə birləşib Suriyada türk əsgərinin olduğu bölgəyə hücuma keçir. Ehtimal olunur ki, bu plan əslində ABŞ tərəfindən hazırlanıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm