Qazaxıstan Xəzərdə ABŞ bazası yerləşdirir? - Rəsmi cavab
Bizi izləyin

Region

Qazaxıstan Xəzərdə ABŞ bazası yerləşdirir? - Rəsmi cavab

Qazaxıstan Xəzərdə ABŞ hərbi bazalarını yerləşdirməyə hazırlaşmır.

Bu barədə Qazaxıstan Xarici işlər naziri Kayrat Abdrəhmanov məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın bəzi KİV nümayəndələri və ekspert dairələri Amerikaya məxsus qeyri-hərbi yüklərin Qazaxıstan vasitəsilə tranziti ilə bağlı real işlərin vəziyyəti barədə dəqiq məlumata malik deyillər.

XİN rəhbəri qeyd edib ki, söhbət Əfqanıstan hökumətinə dəstək məqsədilə Qazaxıstan ərazisindən qeyri-öldürücü yüklərin dəmiryolu vasitəsilə kommersiya tranzitindən gedir: "Aydındır ki, bu cür tranzit üçün yalnız Qazaxıstanın deyil, ABŞ-dan Əfqanıstanadək nəqliyyat marşrutları üzərində yerləşən digər ölkələrin əraziləri də cəlb edilib. Təbii ki, Xəzər dənizində nəinki ABŞ, hər hansı dövlətin hərbi bazasının yerləşdirilməsindən söhbət getmir”.

Kayrat Abdrəhmanov vurğulayıb ki, ABŞ və Rusiya arasında qüvvədə olan müqavilərdə nəzərdə tutulan analoji şərtlər və müddəalara riayət olunur.

Qazaxıstanlı nazir bildirib ki, sabah Aktauda Xəzəryanı ölkə prezidentləri tərəfindən Xəzərin hüquqi statusuna dair imzalanması nəzərdə tutulan yekun Konvensiyada sahilyanı ölkələrdən başqa digər dövlətlərin silahlı qüvvələrinin Xəzərdə mövcudluğuna icazə verilməməsi prinsipi əks olunub.

Nazir bildirib ki, Xəzərin hüquqi statusuna dair Konvensiya sənədində dəniz dibinin istismarı və boru kəməri çəkilməsi ilə bağlı bütün tərəflərin maraqları nəzərə alınıb.

Onun sözlərinə görə, Konvensiyada bütün nəqliyyat vasitələri ilə tranzitlə bağlı verilən azadlıq avtomobil, dəmiryolu, dəniz və boru kəməri infrastrukturunun inkişafı üzrə sahilyanı ölkələr üçün geniş imkanlar açacaq.

XİN rəhbəri qeyd edib ki, Xəzər dənizinin statusunun müəyyənləşməsi iqtisadiyyatın vacib istiqamətlərində sahilyanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlığının davamlı inkişafına imkan verəcək: “Əminəm ki, Konvensiya Xəzər regionunun inkişafı üçün güclü impuls verəcək, yeni investisiya axını və prioritet sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün cəzbedici olacaq” (Teleqraf.com).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm