Xəzər “beşliyi” arasında MÜHÜM RAZILAŞMA – Rusiya açıqladı
Bizi izləyin

Region

Xəzər “beşliyi” arasında MÜHÜM RAZILAŞMA – Rusiya açıqladı

Xəzər “beşliyi"nin Xarici İşlər Nazirliyinin başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonrakı iş haqqında format üzrə razılaşdılar.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirliyinin başçılarının Qazaxıstanın Aktau şəhərində keçirdikləri görüşün nəticəsində görə Rusiyanın Xarici İşlər Nazirliyindən bildiriblər.

“Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici siyasət idarələrinin başçıları qarşılıqlı münasibətlərdə əldə olunmuş səviyyədən məmnunluğunu bildirdilər və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın prezidentlər tərəfindən imzalamasından sonra Xəzər məsələləri üzrə sonrakı işin modallıqları haqqında şərtləşdilər”, - idarədə qeyd ediblər.

Qeyd edək ki, bu gün Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşün məqsədi avqustun 12-də baş tutacaq Xəzər sammitinin kommünikesinin hazırlanması idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm