Trampın buna sevinməsi… - Məhəmməd Cavad Zərif
Bizi izləyin

Region

Trampın buna sevinməsi… - Məhəmməd Cavad Zərif

“ABŞ sanksiyalardan öz asılılığını sağaltmalıdır. Əgər Vaşinqton öz davranışını dəyişdirməsə, onda qalan bütün dünya birləşəcək və ABŞ-ı bunu etməyə məcbur edəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif tvitter səhifəsində yazıb.

O, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı addımlarını sərt tənqid edib. İranlı nazir Türkiyənin qarşılaşdığı iqtisadi çətinliklərə Trampın sevinməsini utancverici adlandırıb.

“NATO üzrə müttəfiqi olan Türkiyəyə iqtisadi zərbə ilə bağlı Trampın sevinməsi utancvericidir”, - o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm