İrandan Türkiyəyə dost MESAJI
Bizi izləyin

Region

İrandan Türkiyəyə dost MESAJI

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ-ın Türkiyəyə qarşı yürütdüyü siyasəti tənqid edib.

Publika.az Haber7.com saytına istinadən xəbər verir ki, o, İran dövləti və xalqının hər zaman türk xalqı və dövlətinin yanında yer aldıqlarını, bundan sonra da belə olacağını bildirib.

“Türkiyə yalnız deyil. Türk xalqı özünü yalnız hiss etməsin. Daima türklərin yanında olacağıq və bacardığımız hər cür dəstəyi verməyə hazırıq”, - İran Xarici İşlər Nazirliyinin rəsmisi deyib.

Türkiyənin sərhədləri xaricindən edilən təzyiqlərə qarşı mütləq qələbə qazanacağını deyən iranlı sözçü vurğulayıb ki, millətlərin iradəsi zorla və təzyiqlə dəyişdirilə bilməz.

Türkiyə və İranın ortaya çıxan yeni situasiyada bir-birinə lazım olan köməyi göstərə biləcəyini deyən Qasıminin sözlərinə görə, iki ölkə yaxşı ortaq ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm