Çin Fransa şirkətinin İrandakı payını aldı
Bizi izləyin

Region

Çin Fransa şirkətinin İrandakı payını aldı

Fransanın enerji nəhəngi olan “Total”ın ABŞ-ın yeni sanksiyalarını səbəb göstərərək Bəsrə körfəzindəki Cənubi Fars qaz yatağı layihəsindən çəkilməsiylə yaranan boşluğu Çin doldurub.

Publika.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu haqda İran Dövlət Neft Şirkətinin səlahiyyətlisi Məhəmməd Mustafavi bildirib.

Layihədə 30 faizlik paya sahib olan Çinin Dövlət Neft Şirkəti (CNPC) “Total” -ın 50 faizlik payını alıb. Beləliklə, CNPC 5 milyard dollarlıq layihədə ən böyük paya (80 faiz) sahib şirkətə çevrilib.

Qeyd edək ki, ABŞ avqustun 7-dən etibarən İrana qarşı sanksiyaları bərpa edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm