Ərdoğan ABŞ-ı hüquqi yola qayıtmağa çağırdı
Bizi izləyin

Region

Ərdoğan ABŞ-ı hüquqi yola qayıtmağa çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı hüquqi yola qayıtmağa çağırıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu haqda Trabzon şəhərində mitinqdə çıxışında bildirib.

“Türkiyə beynəlxalq hüququn normalarına əsaslanaraq hərəkət edir. Türkiyədə hüquq normalarına etinasızlıq kimi bir yanaşma yoxdur. Biz ABŞ-ı da hüquqi yola qayıtmağa dəvət edirik”, - o bildirib.

Prezident həmçinin sanksiyaların köməyi ilə rahib Endrü Bransonun azad edilməsinə nail olmaq cəhdlərini yolverilməz adlandırıb. Ərdoğanın sözlərinə görə, ABŞ-ın hərəkətləri iki ölkə arasında strateji əməkdaşlığın ruhuna ziddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm