Konvensiya Transxəzər kimi layihələri həyata keçirməyə imkan verəcək – Rus eksperti
Bizi izləyin

Region

Konvensiya Transxəzər kimi layihələri həyata keçirməyə imkan verəcək – Rus eksperti

Rusiyanın Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın öyrənilməsi Mərkəzinin analitik qrupunun rəhbəri Stanislav Pritçin Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını şərh edib.

Publika.az xəbər verir ki, ekspertin sözlərinə görə, sənədin imzalanması region ölkələrinə əməkdaşlığı genişləndirməyə kömək edəcək.

Pritçin qeyd edib ki, Xəzərin statusu üzrə yeni razılaşmalar dövlət başçılarının hər sammitində əldə edilirdi.

“Konvensiya böyük əhəmiyyətə malikdir, nəinki bəyannamələr və siyasi bəyanatlar. Prezidentlər tərəfindən imzalanmış Konvensiyanın əhəmiyyəti ona görə böyükdür ki, o beynəlxalq razılaşmadır və icrası məcburidir. Bu artıq bəyannamə deyil”,- Pritçin vurğulayıb.

Ekspertin sözlərinə görə, indi güzəştli düstur tapılıb. O qeyd edib ki, bu, bir tərəfdən Xəzərin ekologiyasını qorumağa, digər tərəfdən isə Transxəzər kimi layihələri birgə həyata keçirməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri bu gün Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya imza atıblar. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.

Sənəd üzərində iş 1996-cı ildən aparılıb, Konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm