Region
Türkiyə ilə ABŞ arasında müharibə çıxaran rahib azadlığa çıxır? - ŞOK - (YENİLƏNİR)
Türkiyə ilə ABŞ-ı üz-üzə qoyan amerikalı rahib Endryu Bransonun istintaq işində çox önəmli irəliləyiş qeydə alınıb.
Publika.az xəbər verir ki, rahibin vəkili ev həbsinin ləğv edilməsi üçün məhkəməyə müraciət edib.
Türkiyənin İzmir şəhərində ev həbsində saxlanılan rahibin vəkili İsmayıl Cem Halavurt məhkəməyə etiraz ərizəsində Endryu Bransonun Türkiyəni tərk etməsi maddəsini də əlavə edib.
Qeyd edək ki, Endryu Branson PKK və FETÖ terror təşkilatları üçün cinayət törətmək və dövlətin təhlükəsizliyi üçün gizli qalması lazım olan siyasi və hərbi bilgiləri casusluq məqsədilə istifadə etmək ittihamları ilə həbs edilib.
Onun barəsində məhkəmədən 35 il həbs cəzası tələb edilib. Lakin o, səhhətindəki problemlər səbəbilə həbsxanadan göndərilərək ev həbsinə məhkum olunub.
Xatırladaq ki, bir müddət öncə Endryu Bransonun Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin təqaüdə çıxarılmış agenti olması iddiaları yayılmışdı. Amerikanın Türkiyədən israrla istədiyi rahibin bu ölkəyə din xadimi pərdəsi altında məqsədli şəkildə göndərildiyi və onun həbsdən çıxdıqdan dərhal sonra Amerika Federal Təhqiqatlar Bürosu tərəfindən öldürüləcəyi bildirilir.
ABŞ həbsdə olan rahibin buraxılmaması səbəbindən Türkiyəyə sanksiya tətbiq edib.
Zümrüd
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək