İran neftin qiymətini endirdi – ABŞ-a qarşı YENİ HƏMLƏ
Bizi izləyin

Region

İran neftin qiymətini endirdi – ABŞ-a qarşı YENİ HƏMLƏ

İran ABŞ-ın 5 noyabrda start verəcəyi yeni sanksiyalara cavab olaraq neftin qiymətlərini endirib.

Publika.az
xəbər verir ki, bu barədə İran Neft Nazirliyinin adı açıqlanmayan rəsmisi İRNA agentliyinə bildirib.

“Müştərilərə endirim etmək neft bazarının əsas prinsiplərindəndir”, - deyə iranlı rəsmi qeyd edib.

Lakin o, endirimin nə qədər olduğunu açıqlamayıb. Bəzi media orqanları isə İranın 60-80 sent endirim etdiyini iddia edib.

İran gündəlik 2 milyon 200 min barel xam neft ixrac edir. Bunun yarısı Çin və Hindistana, 25 faizi Avropa ölkələrinə, bir qismi isə Cənubi Koreya və Yaponiyaya ixrac edilir.

ABŞ noyabrın 5-də İrana qarşı sanksiyaların ikinci mərhələsinə start verəcək. Sanksiyaların ikinci mərhələsi enerji daşıyıcılarına tətbiq olunacaq. ABŞ-ın sanksiyalarından sonra Cənubi Koreya və Yaponiya İran neftinin idxalını dayandırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm