Türk ordusundan PKK-ya AĞIR ZƏRBƏ - Təşkilatın iki lideri MƏHV EDİLDİ
Bizi izləyin

Region

Türk ordusundan PKK-ya AĞIR ZƏRBƏ - Təşkilatın iki lideri MƏHV EDİLDİ

Türkiyə ordusu Tunceli vilayətində PKK terror təşkilatına ağır zərbə endirib.

Publika.az xəbər verir ki, adları narıncı siyahıda yer alan iki PKK-çı: Dərsim Saha kod adlı Ömər Duran və Rəzzan Mardin kod adlı Pınar İldırım dünən keçirilən əməliyyatlar nəticəsində məhv edilib.

Van bələdiyyəsindən verilən açıqlamaya görə, bir qrup terrorçu bu bölgəyə gəlib və əməliyyat keçirmək üçün hazırlıqlara başlayıb. Hadisə vətəndaşlar tərəfindən jandarm qüvvələrinə bildirilib. əməliyyatlar çərçivəsində ağaca çıxaraq gizlənən bir terrorçu sağ ələ keçirilib. Digər bir terrorçu isə çağırışlara silahla cavab verib və orada məhv edilib.

Bölgə əhalisinin sabitliyi və rifahını qorumaq üçün anti-terror əməliyyatlarının davam etdiriləcəyi bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm