Keçmiş prezidentin qardaşı oğlu da beynəlxalq axtarışa verildi
Bizi izləyin

Region

Keçmiş prezidentin qardaşı oğlu da beynəlxalq axtarışa verildi

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib.

Ermənistan mətbuatı xəbər verir ki, bunu ölkə polisinin rəhbəri Valeri Osipyan mətbuat konfransında deyib.

O bildirib ki, N.Sarkisyanın həbs olunması üçün xarici həmkarlarla fəal əməkdaşlıq aparılır.

Xatırladaq ki, Narek Sarkisyan və onun mühafizəçisi iyul ayının əvvəlində ölkədaxili axtarışa verilmişdi. O, qanunsuz silah və narkotik saxlamaqda ittiham olunur.

Bundan başqa, N.Sarkisyanın yaxın dostu polis tərəfindən saxlanılıb. Ondan narkotik və silahla dolu çamadan müsadirə olunub. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm