Ermənistanda hərbçilərin maaşı azaldıldı - 40 faiz
Bizi izləyin

Region

Ermənistanda hərbçilərin maaşı azaldıldı - 40 faiz

Ermənistanda artan iqtisadi böhran dövlət qurumlarının fəaliyyətinə, eləcə də maliyyələşməsinə də ciddi problemlər yaşadıb.

Publika.az "İravnuk" nəşrinə istinadən xəbər verir ki, böhran səbəbindən dövlət qulluqçularının, hərbçilərin əməkhaqqları 40 faizə qədər azaldılıb, əksər qurumlarda işçilər arasında ixtisarlar gedib.

Dövlət məmurlarının əməkhaqqlarının azalması təbii olaraq müəyyən etirazlara səbəb olub. Ermənistan ordusunda çalışan zabitlərinin əmək haqqları ilə dövlət qulluqçularının əmək haqqlarının bərabərləşdirilməsinə, eləcə də ölkədəki maliyyə problemi ilə bağlı N.Paşinyan da açıqlama verib.

O bildirib ki, maliyyə probleminin həllinə çalışan hakimiyyət düzgün istiqamət seçməyib: "Ölkədə iqtisadi problemlərə daha həssas yanaşmaq lazımdır. Bu problemi həll etmək üçün bir çox digər vasitələr də var. Mən bu problemin necə həll edilməsi gərəkdiyini bilirəm. Bunun üçün yalnız Ermənistan vətəndaşlarının mənə dəstək olması və hüquqi yollarla öz haqlarını tələb etməsi vacibdir".

Xatırladaq ki, Advokatlar Palatasının sədri Ara Zohrabyan isə Nikol Paşinyanın bu istiqamətdə səsləndirdiyi bütün fikirləri, eləcə də konstitusiyaya dəyişikliklərin edilməsinə dair irəli sürdüyü fikirləri kəskin tənqid edib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm