Ərdoğanı balıq ovuna dəvət etdi
Bizi izləyin

Region

Ərdoğanı balıq ovuna dəvət etdi

Prezident Ərdoğan bayram tətilinin 4-cü günü Muğla sakinləri ilə görüşüb, bir balıqçıya balıq tutmağa getmək təklifinə razılıq verib.

Publika.az türk mediasına istinadən xəbər verir ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Muğlada keçirdiyi bayram tətili müddətində kəndlərin birində olub. Kəndlilərlə cümə namazı qılıb, söhbətləşib. Həmçinin sakinlərin problemlərini, təkliflərini dinləyib. Elə bu sırada ona yaxınlaşan bir balıqçı prezidenti balıq ovuna dəvət edib.

Belə ki, Zəfər Şahin adlı kəndli balıqçının “Başqanım, birgə balıq tutmağa gedək” təklifinə, “sabah gəl, birgə gedək” deyə cavab verib.

Ərdoğanın uşaqları da diqqətdən kənar qoymadığı bildirilir. Muğlanın balacalarını hədiyyələrlə sevindirib.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm