Qurban bayramında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 2 gündə 3362 nəfər xəstəxanaya müraciət etdi
Bizi izləyin

Region

Qurban bayramında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 2 gündə 3362 nəfər xəstəxanaya müraciət etdi

Türkiyənin Sakarya vilayətinin Qarasu şəhərində kütləvi zəhərlənmə baş verib.

Publika.az xəbər verir ki, Qurban bayramında iki gün ərzində 3362 nəfər xəstəxanaya müraciət edib.

Müraciət edənlərin 1516 nəfərində ürəkbulanma, qusma, qarın ağrısı və izhal aşkarlanıb. Xəstələrin həddindən artıq istifadə edilən şəhər və hotel hovuzları başda olmaqla, kəskin istilər və köhnəlmiş qidalardan xəstələndiyi bildirilib.

Onlar qısa müddətdə müalicə edilib və ambulator müalicəyə buraxılıb. Bölgədə xəstəxana personalı 3 qat artırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm