"Boz siyahı"da olan PKK-lılar öldürüldü - FOTO
Bizi izləyin

Region

"Boz siyahı"da olan PKK-lılar öldürüldü - FOTO

Türkiyədə adları "boz siyahıda" olan iki PKK-lı terrorçu məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə mətbuata Türkiyənin Daxil İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Məlumata görə, ölkənin Bingöl, Ağrı və Tunceli bölgələrində PKK terror qruplaşmasına qarşı aparılan əməliyyatlar zamanı 6 terrorçu məhv edilib.

Öldürülən terrorçuların kimlikləri müəyyənləşdirilən zaman onlardan iki nəfərin adları "boz siyahı"ya salınan və axtarışda olan PKK-lı kod adı “Poyraz Ağır” olan 35 yaşlı Mehmet Şirin Özen və “Adil Havar” kod adlı 29 yaşlı Aykut Özkur olduqları təsdiq edilib.

Aparılan əməliyyatlar zamanı bir əsgərin şəhid olduğu, 2 hərbçinin isə ağır yaralandığı bildirilir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm