Tbilisidə parlamentin binası önündə etiraz aksiyası keçirilir
Bizi izləyin

Region

Tbilisidə parlamentin binası önündə etiraz aksiyası keçirilir

Sentyabrın 10-da Tbilisidə parlamentin binası önündə etiraz aksiyası keçirilir.

Publika.az xəbər verir ki, aksiyanı 2017-ci ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmə David Saralidzenin atası Zaza Saralidze başlayıb.

Zaza Saralidze bildirib ki, aksiyaya öldürülən digər yeniyetmənin valideynləri ilə yanaşı, ötən ilin sonunda Pankisidə keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temerlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də qoşulub.

O deyib: “Mən bu gündən etibarən aclıq aksiyasına başlayıram. Ədalət bərpa olunmayanadək burada qalacağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm