Levon Ter-Petrosyan da istintaqa çağırılır
Bizi izləyin

Region

Levon Ter-Petrosyan da istintaqa çağırılır

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da 1 mart 2008-ci il hadisələri ilə əlaqədar istintaqa dəvət olunacaq.

Publika.az Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı 11 sentyabrda jurnalistlərin suallarını cavablandıran Xüsusi istintaq komitəsinin rəhbəri Sasun Xaçatryan deyib. Ek-prezidentin nə zaman sorğu-suala çağırılacağına gəldikdə, xidmət rəhbəri bunu dəqiqləşdirməyib. “O, nə vaxt və hansı statusda çağrılacaq, bunu istintaqı aparan qurum müəyyənləşdirəcək”-Xaçatryan deyib.

Qeyd edək ki, 10 nəfərin ölümünə səbəb olan qanlı hadisələrlə bağlı artıq iki prezident – Serj Sərkisyan və Robert Köçəryanın başı üzərində qara buludlar dolaşır. R.Köçəryan həbsdən canını qurtarsa da, ölkədən çıxışına qadağa qoyulub, S.Sərkisyanı isə son dəfə Qarabağda, anasının yanında “görüblər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm