Region
Putin müharibəyə "HƏ" DEDİ: üçmərhələli plan işə salınır və ilin sonuna kimi torpaqlar...
Rusiya İdlibdə üç mərhələli döyüş planını işə
salacaq.
Publika.az xəbər verir ki, Moskva İdlibdəki müxaliflərin
silahı buraxmasını tələb edir, əks təqdirdə hücuma keçəcəyini bəyan
edir.
Rusiyanın məqsədi qurudan da hücuma keçərək, ilin sonuna kimi
İdlibi tamamilə ələ keçirməkdir.
Türkiyə isə atəşkəsin əldə olunması üçün İdlibdəki müxalif
qruplarla təmaslar qurur. Lakin müxaliflərin böyük hissəsi silahın
buraxılmasına soyuq yanaşır.
“Şark El Avsat” qəzeti “Suriyanın şimalında müharibə planları”
başlığı ilə yayımladığı xəbərdə üç mümkün mərhələnin detallarını
açıqlayıb.
Birinci mərhələ: (Plana uyğun olaraq problemi
Türkiyə həll edəcək). Rusiya və Əsəd rejiminin hücumları
dayandırılacaq. “Heyet Tehrir E-Şam” qrupu silahlarını təslim
edərək, bölgədən çıxarılacaq. Bölgədən çıxarılan müxaliflər Hələbin
şimal-şərqindəki Çobanbey yaxınlarında hazırlanacaq təhlükəsiz
bölgəyə köçürüləcək. Bu qruplar YPG terrorçularından təşkil olunan
Suriya Demokratik Güclərinə qarşı hücuma hazırlanacaq. İdlibdən
çıxan mülki vətəndaşlar isə Afrin bölgəsinə yerləşdiriləcək.
İkinci mərhələ: BMT-nin Suriya üzrə xüsusi
təmsilçisi Staffan de Misturanın suriyalı vətəndaş cəmiyyəti
institutlarına təqdim etdiyi plan həyata keçiriləcək.
Üçüncü mərhələ: Rusiya 2019-cu ilə daxil olmadan
İdlibi nəzarətə götürəcək.
Rusların planı üç hissəli olacaq.
Birinci hissə: Hamanın şimalı, han Şeyhun, Miharet
el-Nuhman, Hələbin qərbi, Türkman dağı, Cisr eş-Şuğur.
İkinci hissə: Hama-Hələb arasındakı magistral M-5
yolu ilə Lazkiye-Hələb arasındakı magistral M-4 yolu.
Üçüncü hissə: M-4 magistral yolunun şimalı ilə
İdlibin Türkiyə ilə sərhəd olan hissəsi nəzarətə götürüləcək.
Asif
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO