Ərdoğanla Putinin tarixi anlaşmasının DETALLARI
Bizi izləyin

Region

Ərdoğanla Putinin tarixi anlaşmasının DETALLARI

Türkiyə prezidenti Rəcəb Tayyip Rusiya prezidenti Vladimir Putinin Soçi görüşündə əldə olunan İdlib razılaşmasının detalları ortaya çıxıb.

Publika.az
xəbər verir ki, türkiyəli yazar Taha Dağlı razılaşmada İdlib ətrafında 15-20 kilometrlik təmas xətlərinin qurulacağını və bu bölgələrə silah daxil edilməyəcəyini yazıb.

İdlibin şərqində Hələb, qərbində Lazkiyə yerləşir. Hələb və Lazkiyə Əsəd rejiminin əlindədir. Əsəd ordusu Lazkiyə və Hələb üzərindən İdlibə hücum edəcəkdi. Lakin Türkiyənin diplomatik manevrləri nəticəsində bu, baş tutmadı.

Hazırda bölgədə silahsız xətlər qurulur. Bu xətlərdən biri İdlibin Lazkiyə sərhədi boyunca cənuba qədər uzanır. Digəri isə Hələb sərhədindən aşağı enərək, Lazkiyə sərhədi ilə kəsişir. Xətlər Lazkiyə və Hələbdən müxaliflərlə mülki şəxslərin yaşadığı İdlibin içinə qədər daxil olur. Yəni 20 kilometr genişliyindəki xəttin 10 kilometri Lazkiyə, yaxud Hələbin, 10 kilometri isə İdlibin içinə daxil olacaq. Əsəd gücləri və müxaliflər bu dəhlizlərə daxil ola bilməyəcək. Dəhlizlər türk və rus əsgərləri tərəfindən qorunacaq. Razılaşma 15 oktyabrdan etibarən qüvvəyə minir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm