Rusiya-İsrail gərginliyi hər saat artır: Putin ilk dəfə danışdı
Bizi izləyin

Region

Rusiya-İsrail gərginliyi hər saat artır: Putin ilk dəfə danışdı

Suriyada Rusiyaya məxsus İl-20 tipli təyyarə 15 nəfərlik hərbi heyəti ilə birlikdə vurulduqan sonra Moskva və Təl-Əviv arasında gərginlik hər saat artır.

Publika.az
xəbər verir ki, təyyarə Əsəd ordusunun atdığı raketlə vurulub. Lakin Rusiya Müdafiə Nazirliyi təyyarənin vurulmasına İsrailin səbəb olduğunu bildirir. Belə ki, Əsəd ordusu Suriyada əməliyyat keçirən İsrail təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemlərindən raket atarkən, təsadüfən Rusiya təyyarəsinə dəyib.

İsrail isə bu hadisədə günahkar olmadığını, bütün problemlərin Əsəd, İran və Hizbullahda olduğunu bəyan edib.

Bütün dünyanın diqqətlə izlədiyi hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin ilk dəfə danışıb.

Putin bildirib ki, təyyarəni İsrail vurmayıb: “Rusiya təyyarəsini İsrail vurmadı. Hadisə faciəvi və bədbəxt hal kimi görünür. Hələ də nə baş verdiyini araşdırırıq. Atılacaq addımlar hər kəsi maraqlandırır. Addımlarımız Suriyada hərbi personalın təhlükəsizliyi istiqamətində olacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm