Səyyar Kəbə quruldu - Şeytanı daşa tutdular - FOTOLAR
Bizi izləyin

Region

Səyyar Kəbə quruldu - Şeytanı daşa tutdular - FOTOLAR

Türkiyənin Adıyaman əyalətində "Müftilik" binası qarşısında dindarlar tərəfindən səyyar “Kəbə” qurulub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, həcc ibadətlərini yerinə yetirəcək olan namizədlər qurulmuş Kəbə maketi ətrafında dövrə vurub şeytana daş atıblar. Səyyar “Kəbə”ni ziyarət etməyə gələnlərin çoxluğu isə hər kəsi təəccübləndirib. Bildirilir ki, 10 lirə qarşılığında limitsiz şeytana daş atmaq və "Kəbə" ətrafında dövrə vurmaq mümkündür.

Müfti köməkşisi Musa adlı şəxsin sözlərinə görə, həcc ziyarətinə getmək istəyən bütün zəvvarlar üçün əhəmiyyətli olan bütün tədbirlər görülüb:

"Namizədləri çox əhəmiyyətli bir səfərə gedəcəklər. Bu səfərin hazırlığını həmişə birlikdə edirik. Biz daha əvvəl müxtəlif maarifləndirmə seminarları keçirmişik. Bu gün də Müftülük bağına Kəbə maketi ətrafında məlumatlar təqdim olundu".

Müqəddəs torpaqlara Adıyaman bölgəsindən 349 nəfərin gedəcəyi bildirilib.

Qeyd edək ki, səyyar "Kəbə" bir neçə il öncə İstanbulun Üsküdar rayonunda da qurulmuşdu.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm