Əsəd Putinə başsağlığı verdi - Təyyarə qəzası
Bizi izləyin

Region

Əsəd Putinə başsağlığı verdi - Təyyarə qəzası

Suriya Prezidenti Bəşər Əsəd İl-20 hərbi təyyarəsinin qəzası ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, məktubda deyilir:

“Aralıq dənizində qəzaya uğrayan İl-20 təyyarə qəzası ilə bağlı Suriya xalqı və öz adımdan başsağlığını sizlərə çatdırıram. Həlak olan rusiyalı hərbçilər Suriyada terrorizmə qarşı mübarizə aparırdılar”.

Əsəd əlavə edib ki, sözügedən təyyarənin qəzaya uğraması İsrailin məkrli və qərəzli fəaliyyətindən qaynaqlanır:

Qeyd edək ki, Rusiyanın İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub. Rusiya bunda Suriyanı vuran İsrail qırıcılarının Rusiya təyyarəsinin yaxınlığında “gizlənməsini” səbəb kimi göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm