“Terror aktını bu dövlətlər törədib” – Xameneidən KƏŞFİYYATA TƏLİMAT
Bizi izləyin

Region

“Terror aktını bu dövlətlər törədib” – Xameneidən KƏŞFİYYATA TƏLİMAT

İranın Ahvaz şəhərində keçirilən hərbi parad zamanı törədilən terror aktının arxasında ABŞ-ın rəhbərliyi altında hərəkət edən dövlətlər dayanır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib.

“Ahvazda muzdlu terrorçular tərəfindən həyata keçirilmiş amansız və kədərli faciədə bizim əziz vətəndaşlarımız həlak oldu. Hadisə yenidən İran millətinin düşmənlərinin pisliklərini nümayiş etdirdi. Bu cinayət regionda ABŞ-ın dövlət-marionetkalarının sui-qəsdidir, hədəf sevimli ölkəmizdə təhlükəli vəziyyətin yaradılmasıdır”, - Xameneinin bəyanatında deyilir.

Dini lider kəşfiyyat xidmətlərinə cinayətkarları mümkün qədər tez tapmağa və onları məhkəməyə verməyə tapşırıb.

Qeyd edək ki, bu gün İranın Ahvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı baş verib. Tədbir zamanı çoxlu sayda şəxs hücum edərək atəş açmağa başlayıb. Terror aktı nəticəsində ən az 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

IRNA agentliyinin məlumatına görə, terror aktına üçün məsuliyyəti Səudiyyə Ərəbistanı ilə əlaqələrə malik olan “Ahvazda vətənpərvərlik ərəb demokratik hərəkəti” qruplaşması öz üzərinə götürüb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif hücum edənlərin xarici ölkədə təlimatlandırıldığını, silahlandırıldığını və dəstəkləndiyini bildirib. Onun sözlərinə görə, terror aktı üçün məsuliyyət “terrorizmin regional sponsorları və onların Amerika təlimatçıları”nın üzərinə düşür.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm