Suriyada Rusiya təyyarəsi belə vuruldu - VİDEO
Bizi izləyin

Region

Suriyada Rusiya təyyarəsi belə vuruldu - VİDEO

Rusiyanın Müdafiə Nazirliyi Suriyada baş verən İl-20 faciəsi ilə əlaqədar 3D videoçarx hazırlayıb.

Axar.az xəbər verir ki, sözügedən görüntüləri MN sözçüsü İqor Konaşenkov brifinq zamanı mətbuat nümayəndələrinə təqdim edib.

Görüntülərdə İl-20 təyyarəsinin Hmeymimdən havaya qalxdığı və şərq istiqamətində hərəkət etdiyi qeyd olunur. Təyyarə daha sonra dönərək bazaya qayıtmağa çalışır. Bu an İsrail qırıcıları da Latakiya istiqamətində yaxınlaşaraq Suriya hərbi obyektlərinə zərbə endirirlər. Rus təyyarəsi istiqamətində dəyişiklik edərək yüksəkliyi azaldır və dənizin üzəri ilə uçmağa başlayır. Bu vaxt qırıcılardan biri manevr edərək İl-20 təyyarəsinə yaxınlaşır. Qırıcının manevrini yeni hücum cəhdi kimi qiymətləndirən Suriya hava hücumundan müdafiə qüvvələri səhvən İl-20-ni vurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm