ABŞ-ın Azərbaycan sərhədlərində DƏHŞƏTLİ PLANI - Şok ssenari TƏSDİQLƏNDİ
Bizi izləyin

Region

ABŞ-ın Azərbaycan sərhədlərində DƏHŞƏTLİ PLANI - Şok ssenari TƏSDİQLƏNDİ

İranda islahatçı qanadın ən əhəmiyyətli liderlərindən biri, keçmiş prezident Məhəmməd Hatəmi ölkə rəhbərliyinə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Hatəmi İranda sisteminin özündə islahatlar aparılmalı olduğunu, əks təqdirdə, ölkənin ciddi problemlərlə qarşılaşacağını söyləyib.

ABŞ-ın noyabr ayında İrana qarşı tətbiq edəcəyi sanksiyaların daha böyük problemlərə yol aça biləcəyinə işarə edən siyasətçi bəzi problemləri paralel güclərin varlığı ilə əlaqələndirib. İqtisadi problemlərlə yanaşı, mədəni, siyasi və təhlükəsizlik problemlərinin da gündəmə alınmasının vacib olduğunu ifadə edən Hatəminin sözlərinə görə, dövləti idarə edənlərin tənqidləri diqqətə almaması cəmiyyətdəki cəsarət və ümidi artıracaq.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani ABŞ-ın İrana qarşı sanksiyalarının inqilaba gətirib çıxaracağını və İran hakimiyyətinin devriləcəyini bildirb.

“Mən bilmirəm, biz onları nə vaxt devirəcəyik. Bu, bir neçə gün, ay və ya il ərzində ola bilər. Amma bu, olacaq”, - o deyib.

Vəkilin fikrincə, İrana qarşı tətbiq edilmiş sanksiyalar ölkədəki iqtisadi situasiyaya mənfi təsir edərək işləyir.

“Belə şərtlər müvəffəqiyyətli inqilaba gətirir”, - Culiani bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ötən gün isə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton “Fox News” telekanalının efirində deyib ki, bərpa olunmuş əvvəlki sanksiyalar ölkədə dəyişikliklərə gətirib çıxarmasa, ABŞ İran barəsində sanksiyaların yeni variantlarını tapacaq.

“Düşünürük ki, lazım olan sanksiyalar (noyabrda qəbul edilməsi planlaşdırılır - red.) ölkədə əhəmiyyətli iqtisadi və siyasi effekt doğuracaq. Biz İran rejiminin davranışında ciddi dəyişikliklər istəyirik. Əgər İran öz siyasətini dəyişdirməsə, o halda ölkəyə qarşı əlavə məhdudiyyətlər tətbiq ediləcək”, - Bolton bildirib.

Qeyd edək ki, avqustun 7-də İrana qarşı Amerika sanksiyalarının bir hissəsi bərpa edilib. Sanksiyalar İranın avtomobil istehsalı sektorunu, qızıl və bir sıra metalların ticarətini hədəf alıb. Sanksiyalar noyabrın 5-dən neft məhsullarına qarşı tətbiq olunacaq.

Ekspertlər hesab edir ki, Tehran noyabra kimi Vaşinqtonla dil tapa bilməsə, ölkəni çox ciddi problemlər gözləyə bilər. Bu problemlərin hətta hakimiyyət dəyişiklikləri ilə nəticələcəyi proqnozlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm