Bu addım Türkiyə-ABŞ MÜHARİBƏSİNƏ SON QOYACAQ: oktyabrın 12-də...
Bizi izləyin

Region

Bu addım Türkiyə-ABŞ MÜHARİBƏSİNƏ SON QOYACAQ: oktyabrın 12-də...

Türkiyədə ev həbsi altında olan amerikalı rahib Endrü Branson oktyabrın 12-də keçiriləcək növbəti məhkəmə iclasının nəticəsinə görə azad edilə bilər.

Publika.az xəbər verir ki, bu haqda türk rəsmilərinə istinadən “The Wall Street Journal” nəşri danışıb.

Onların sözlərinə görə, Donald Trampın administrasiyası Ankaraya təzyiqi göstərməyi və rahibin azad olunması üçün təkid etməyi dayandırarsa, belə ssenari mümkündür.

Qeyd edək ki, Branson Türkiyədə hələ 2016-cı ildə həbs edilib. O, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunur.

ABŞ prezidenti Donald Tramp yayda Ankaradan rahibi azad etməyi tələb edib və ölkədən idxal edilən polada və alüminiuma əlavə rüsumları tətbiq edib.

Ağ Evdə hesab edirlər ki, rahib oktyabrda azad ediləcək. ABŞ prezidentinin administrasiyasındakı mənbələrin qəzetə danışdığına görə, Vaşinqton Türkiyə tərəfinə təzyiqi azaltmaq barədə qərar verib.

“Əgər oktyabrda heç nə dəyişməyəsə, onda biz Türkiyəyə uçacağıq”, - mənbələrdən biri deyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm