“Bu, Amerika prezidenti üçün böyük biabırçılıq oldu” – SEPAH komandiri - - VİDEO
Bizi izləyin

Region

“Bu, Amerika prezidenti üçün böyük biabırçılıq oldu” – SEPAH komandiri - - VİDEO

ABŞ prezidenti Donald Trampın nitqi üzərində gülüş ABŞ-ın ən böyük təcridini göstərir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandanı Məhəmməd Əli Cəfəri bildirib.

Onun sözlərinə görə, hadisə Amerika prezidenti üçün böyük biabırçılıq oldu.

“Siz onların gülüşünü gördünüz. Bu onu göstərir ki, Amerika ən böyük təcriddədir və bu, böyük siyasi biabırçılıq idi”, - Cəfəri deyib.

Qeyd edək ki, dünən BMT Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Donald Tramp gözlənilməz reaksiya ilə qarşılaşıb. İdarəçiliyi dövründə ABŞ tarixinin ən böyük nailiyyətlərini yaşadığını deyən Trampın bu sözlərinə zaldakı dünya liderləri ucadan gülüblər. Gülüş səslərini eşidən Tramp “belə reaksiya gözləmirdim, lakin problem yoxdur” deyə qarşılıq verib.

Tramp eyni zamanda, bildirib ki, Tehran öz siyasətini dəyişəcəyi təqdirdə, İran rəhbərliyi ilə görüşməyə hazırdır: “Bu, baş verəcək. Hesab edirəm ki, onların seçimi yoxdur. Biz İranla yaxşı əlaqələr qurmaq istəyirik, lakin bu, indi baş verməyəcək”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm