Türkiyə ordusuna AĞIR İTKİ: 7 şəhid, 2 yaralı – Genişmiqyaslı HÜCUM BAŞLADI - (YENİLƏNDİ)
Bizi izləyin

Region

Türkiyə ordusuna AĞIR İTKİ: 7 şəhid, 2 yaralı – Genişmiqyaslı HÜCUM BAŞLADI - (YENİLƏNDİ)

Ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən 5 əsgərdən 3-nün həyatını xilas etmək mümkün olmayıb.

2 yaralının müalicəsi davam edir.

***

Türkiyənin Batman vilayətinin Gercüş mahalında PKK terrorçuları zirehli hərbi avtobilin keçdiyi vaxt yola yerləşdirdiyi partlayıcını işə salıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 əsgər şəhid olub, 5-i yaralanıb.

Hadisə bu gün səhər saat 06:00 radələrində baş verib.

Hücumdan sonra qaçan terrorçuları zərərsizləşdirmək üçün bölgədə hava güclərinin dəstəyi ilə genişmiqyaslı əməliyyat başlayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm