Xamenei: “ABŞ-ı məğlub edəcəyik”
Bizi izləyin

Region

Xamenei: “ABŞ-ı məğlub edəcəyik”

İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ-ı növbəti dəfə təhdid edib.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, Xamenei ölkəsinin ABŞ-ı məğlub edəcəyini bildirib.

ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında çıxışı zamanı söylədiyi “İran rejimi ABŞ sanksiyalarına görə qarşıdakı aylarda yıxılacaq” sözlərini xatırladan dini lider Allahın lütfu ilə sanksiyaları məğlub edəcəklərini, bunun isə ABŞ-ın məğlub edilməsi anlamına gəldiyini bildirib.

Xamenei “xarici düşmənlər”in nəzarətindəki medianın “kimyəvi silahlar” qədər təhlükəli ola biləcəyini vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm