Ermənistanda eks-deputat əvvəlcə həmkarını sonra özünü güllələdi - Saxlanılan var - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Region

Ermənistanda eks-deputat əvvəlcə həmkarını sonra özünü güllələdi - Saxlanılan var - VİDEO - (YENİLƏNDİ)

Eks-deputatlardan birinin öldüyü, digərinin intihar etdiyi bildirilən qanlı atışmada daha bir eks-deputatın iştirak etdiyi üzə çıxıb.

Erməni mediası yazıb ki, Karo Karapetyanla Arutyun Qaragözyanın mübahisəsinə eks-deputat Abraam Manukyan şahidlik edib. Bildirilir ki, keçmiş deputatlar arasında mübahisə maliyyə məsələlərinə görə olub, Manukyan isə onları “sakitləşdirmək” üçün müzakirədə iştirak edirmiş.

Qanlı atışmadan sonra polisə məlumat verən də Manukyan olub.

Hazırda Manukyan polisdə ifadə verir.

***

İrəvanın mərkəzi restoranlarından birində öldürülən eks-deputat Karo Karapetyanın qatilinin kimliyinə aydınlıq gəlib.

Axar.az xəbər verir ki, eks-deputatın qətlə yetirildiyi “Pietro-Beretta” markalı silahın daha bir eks-deputat Arutyun Qaragözyana məxsus olduğu bildirilib. Silah 2001-ci ildə Ermənistanın o vaxtkı baş nazirinin qərarı ilə Qaragözyana verilib.

Bu gün İrəvanın Davitaşen rayonunun ikinci məhəlləsində Arutyun Qaragözyanın özünün də cəsədi tapılıb. Eks-deputatın intihar etdiyi bildirilib.

Qeyd edək ki, ötən gün gecə saatlarında İrəvan restoranında baş verən atışmada eks-deputat K.Karapetyan öldürülmüş, adı açıqlanmayan daha bir nəfər yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm