Region
Türkiyə amerikalı rahibi azad etdi - SON DƏQİQƏ - (YENİLƏNDİ)
Məhkəmə Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib.
İstintaq prosesində həbsdə qaldığı müddət nəzərə alınaraq rahib barəsindəki ev həbsi və ölkə xaricinə çıxma qadağası aradan qaldırılıb və azadlığa buraxılıb.
***
Məhkəmə iclasında Branson çıxış edib.
Publika.az xəbər verir ki, amerikalı rahib əfv olunmasını istəyib.
"Mənim PKK-lılarla əlaqəm yoxdur və heç bir zaman olmadı. Günahsızam, Türkiyəni sevirəm, bəraət istəyirəm", - o bildirib.
***
Casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilərək 35 il həbsi istənilən amerikalı rahib Endryu Bransonun məhkəmə prosesi davam edir.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, prokuror Branson barəsində məhkəmə nəzarətinin qaldırılmasını və 5 ildən 10 ilə qədər həbs olunmasını tələb edib.
Qeyd edək ki, Branson Türkiyədə hələ 2016-cı ildə həbs edilib. O, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunur.
ABŞ prezidenti Donald Tramp yayda Ankaradan rahibi azad etməyi tələb edib və ölkədən idxal edilən polada və alüminiuma əlavə rüsumlaı tətbiq edib.
Ömər
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!