Düşmənə GÖZDAĞI VERƏCƏK GÖRÜNTÜLƏR: hücum hər an başlaya bilər - - FOTO/VİDEO
Bizi izləyin

Region

Düşmənə GÖZDAĞI VERƏCƏK GÖRÜNTÜLƏR: hücum hər an başlaya bilər - - FOTO/VİDEO

Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) Münbiçi PKK/PYD terrorçularından təmizləmək üçün keçiriləcək əməliyyata ciddi hazırlaşır.

Publika.az xəbər verir ki, Türkiyə mediası “Mehmetcik”in ASA-ya verdiyi təlimdən çəkilən görüntüləri dərc edib.

Görüntülər əsgərlərin təlimlərdə nə qədər çətin tapşırıqları yerinə yetirdiyini göstərir. Türkiyə KİV-inin yazdığına görə, görüntülər Münbiçdə türk əsgəri və ASO ilə vuruşmağı gözə alan terrorçular üçün gözdağıdır.

Təlimin görüntülərini buradan izləyə bilərziniz.

Daha əvvəl ASO-nun Münbiç Hərbi Məclisinin rəhbəri Adnan Ebu Faysal deyib ki, Türkiyə ordusu və ASO Münbiçi PKK/PYD terrorçularından təmizləmək üçün hazır vəziyyətdə gözləyir. Onun sözlərinə görə, 20 min döyüşçü terrorçuları məhv etməyə hazırdır.

“PKK-nın yeganə ümidi bölgədəki ABŞ əsgərləri və zirehli texnikasıdır. Münbiçdə 5 min terrorçu var və onlara qarşı yeddi cəbhədən hücuma keçiləcək. Türk ordusu və ASO Münbiçlə başlayacaq təmizlik hərəkatını İraq sərhədinə qədər davam etdirə bilmək gücündədir”, - deyə o vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm