Region
Həbibə İNANILMAZ JEST: Türkiyəni bombardmandan xilas edən gizirlə... - FOTO
Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gələn Həbib Nurməhəmmədovun portretini qrafit texnikası ilə Beykozda divara çəkən Məhəmməd Emin Türkman sosial şəbəkənin gündəmini zəbt etdi.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, sənətçi daha əvvəl 2016-cı il dövlət çevrilişinə cəhd zamanı şəhid olan Ömər Halisdəmirin portretini divarda çəkmişdi.
Şəhidin portretini Beykozdakı Almalı məhəlləsində divara çəkərək Türkiyənin dörd bir tərəfindən təbrik mesajları alan Məhəmməd Emin Türkman eyni yerə rusiyalı idmançını da əlavə edib. Həbib Nurməhəmmədov türk sənətçinin əsərini 12 milyon izləyicisi olan İnstaqram səhifəsindən “Somewhere in Turkey Desteğiniz için teşekkür ederim” notu ilə paylaşıb. Paylaşım 2,5 milyona yaxın izləyici tərəfindən bəyənilib.
Qeyd edək ki, gizir Ömər Halisdəmir Xüsusi Təyinatlı Qüvvələrin komandir müavini, general Semih Terzini öldürmüş, ardınca isə generalın yanındakı şəxslər tərəfindən güllələnmişdi. Gizir dövlət çevrilişinə cəhdin gedişatını dəyişdirən şəxslərdən biri hesab edilir. İddiaya görə, Halisdəmir Semih Terzini vurmasaydı, “F-16” qırıcıları əvvəlcədən müəyyən edilən nöqtələri vuracaqdı.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO